Bellingem ilin ən yaxşı futbolçusu seçildi
“Real”ın yarımmüdafiəçisi Cud Bellingem 2025-ci ilin ən yaxşı ingiltərəli kişi futbolçusu adına layiq görülüb.
Sportline.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbolçu azarkeşlər arasında keçirilən səsvermədə qalib gələrək “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays və “Bavariya”nın hücumçusu Harri Keyni geridə qoyub.