“Benfika” klubu diskvalifikasiya oluna bilər
Bu mövsüm bütün turnirlərdə çempionluğa iddialı “Benfika”ya sərt ittihamlar olunub.
Sportline.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, “Benfika” bütün yarışlardan kənarlaşdırıla bilər. Buna səbəb klubun keçmiş prezidenti Luis Filipe Vieyra, keçmiş hüquq müşaviri Paulo Qonsalveşin vergi fırıldaqçılığı ilə ittiham olunmasıdır.
İttihamlar 2016-cı ildən 2019-cu illəri əhatə edir.
Qeyd edək ki, ittihamlar öz tədiqini tapsa, “Benfika” iştirak etdiyi bütün turnirlərdən uzaqlaşıdırılacaq.