"Benfika" "Lion"dan futbolçu alır

"Benfika"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Lion"un argentinalı futbolçusu Tiaqo Almada Portuqaliya klubunun maraq dairəsindədir.

Almada üçün "Benfika" 25 milyon avro ödəməyə hazırdır. 

"Lion" klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib. 

Qeyd edək ki, son qərarı futbolçunun özü verəcək.

Tiaqo Almada ötən mövsümü Brazilyanın "Botafoqo" klubunda icarə əsasında keçirib.