"Benfika" "Nitsa"nın qonağı olacaq

Bu gün “Nitsa” və “Benfika" arasında UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu olacaq.

Sportline.az xəbər verir ki, Portuqaliya Süper kubokunun finalında “Sportinq”ə qalib gələn “Benfika” klubu “Nitsa” səfərindən sərfəli nəticəli ilə dönmək arzusundadır.

“Allianz Riviera” stadionunda keçiriləcək oyunu ingiltərəli hakim Maykl Oliver idarə edəcək.

Heyətlərə nəzər saldıqda “Benfika”da əsas itki Kerem Aktürkoğlu, Aleksander Bah, Bruma və Manu Silvanın adı ilə bağlıdır. Sözü gedən futbolçular zədədən əziyyət çəkirlər. “Nitsa”da isə Mohamed Abdelmonem və Sofiane Diop görüşün iştirak ərzəsində yer almayıb. Oyunun start fiti saat 23:00-da səslənəcək.