“Benfika”nın türkiyəli futbolçuları klubdan ayrıla bilər.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Kerem Aktürkoğlu və Orkun Kökçü üçün “Mançester Yunayted” və “Tottenhem” klubları yeni təklif göndərməyə hazırlaşırlar.

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq hər iki futbolçunun xidmətində maraqlıdır.

“Tottenhem” rəhbərliyi isə Orkun və Kerem üçün “Benfika”ya 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, “Benfika” rəhbərliyi futbolçularını satmayacaqlarını açıqlayıb.