Benzema, Kavani və Kosta Çin klubunun hədəfində
Çinin "Tyanjin Quanjian" klubu növbəti mövsüm iddialı transferlərlə gündəmə gələ bilər.
SportLine.az goal.com saytına istinadən xəbər verir ki, klubun rəhbəri Şu Yuhui artıq Avropa klubları ilə danışıqlara başladıqlarını dilə gətirib. Onun sözlərinə görə, "Tyanjin Quanjian"in əsas məqsədi "Çelsi"dən Diyeqo Kosta, "Real"dan Benzema və PSJ-dən Edinson Kavanini transfer etməkdir. Şu Yuhui deyib ki, bu ulduzlarla, hətta "Bavariya", "Real" kimi nəhəng klublarla rəqabət apara bilərlər.