Benzema: “Qızıl top”u Vinisius qazanmalı idi”

“Əl İttihad” klubunun fransalı futbolçusu Kərim Benzema “Qızıl top” mükafatı barədə danışıb.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu “elchiringuito” kanalı müsahibə verərkən bu fikirləri səsləndirib;

“Vini ilə danişdım. O “Qızıl top” qazanmadığı üçün üzgündür. “Qızıl top”u qazanamağı Vinisius laiq idi. Çünki ötən mövsüm ondan yaxşı futbolçu yox idi. O ən yaxşısıdır. Rodriyə qarşı heç bir problemim yoxdur. O yaxşı futbolçudur. Amma “Qızıl top”a o laiq deyildi”, - deyə K.Benzema bildirib.

Qeyd edək ki, Benzema 2009-2023-cü illərdə “Real Madrid” klubunun şərəfini qoruyub.