"Benzemanın "qızıl top"u qazanacağına inanıram"

"Real"ın sabiq futbolçusu Ruben de la Red hücumçu Kərim Benzemanın bu il "qızıl top" mükafatını qazanacağına inanır.

Sportline.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi bu barədə İspaniya mətbuatına açıqlamasında deyib:

"Benzemanın "qızıl top"u qazanacağına inanıram. Möhtəşəm mövsüm keçirdi və Çempionlar Liqası ilə La Liqanı qazandı. Benzema buna layiqdir. Statistika hər şeyi deyir".

"Real"ın yetirməsi olan Ruben 2008-ci ilə qədər Madrid klubunda çıxış edib.