Bernardo Silva ayrılır?

"Mançester Siti" mövsümün sonunda müqaviləsi başa çatacaq Bernardo Silva ilə bağlı qərarını açıqlayıb.

Sportline.az xəbər verir ki, Premyer Liqa nəhəngi portuqaliyalı hücumameyilli yarımmüdafiəçi ilə yollarını ayıracaq.

Klub Bernardo Silvaya yeni müqavilə təklif etməyəcək.

31 yaşlı oyunçu yayda azad agent kimi komandadan ayrılacaq.