Bernardo Silva hansı klubu seçəcək?

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva İspaniya nəhənglərinin radarındadır.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə "Barselona" və "Atletiko Madrid" yaxından maraqlanır.

Portuqaliya millisinin üzvünün dəyəri 27 milyon avrodur.

Qeyd edək ki, Bernardo Silva cari mövsüm meydana çıxdığı 35 matçda 2 qol, 5 asistlə yadda qalıb.