Berti Foqts Bakıya qayıtdı

Futbol üzrə mili komandamızın keçmiş baş məşqçisi Berti Foqts Bakıdadır. Sportline.az xəbər verir ki, o, martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert olacaq. Bu gün AFFA-nın  baş katibi Elxan Məmmədov  Berti Foqtsla görüşüb. Xatırladaq ki, 70 yaşlı mütəxəssis 2008-2014-cü illərdə millimizi çalışdırıb.