"Beşiktaş" ardıcıl 5-ci dəfə çempionata qələbə ilə başladı

Beşiktaş Türkiyə Super Liqasının yeni mövsümünə qələbə ilə başlayıb.

Sportline.az xəbər verir ki, ''Qara Qartal'' 2020-2021 sezonundan etibarən ilk həftə oynadığı bütün qarşılaşmalardan qələbə ilə ayrılıb.

"Ağ-qaralar" Super Liqanın ilk turunda "Samsunspor"un qonağı olub.

İstanbullular Rafa Silva və Qabriel Paulistanın qolları ilə meydandan 2-0 hesablı qalibiyyətlə ayrılıblar.

Qeyd edək ki, 2020-2021 sezonunda "Trabzonspor" (3-1), 2021-2022  "Çaykur Rizespor" (3-0), 2022-2023 "Kayserispor" (1-0), 2023-2024 "Fatih Karagümrük" (1-0) və 2024-2025 sezonunda "Samsunspor"a (2-0) hesabı ilə qalib gələn "Beşiktaş" ardıcıl 5 mövsüm bu uğura nail olub.