"Beşiktaş" "Aston Villa"ya elçi düşdü
"Beşiktaş"ın transfer planları ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi "Aston Villa"nın ispaniyalı müdafiəçisi Pau Torres ilə maraqlanır.
Məlumata görə, "Beşiktaş" artıq 29 yaşlı futbolçunun meneceri ilə ilkin təmas qurub.
Eyni zamanda klubun ingilis təmsilçisindən transferin maliyyə şərtlərini soruşduğu və mövsümün sonunda rəsmi təklif göndərməyi planlaşdırdığı bildirilir.