"Beşiktaş" azarkeşsiz oynamalı olacaq

"Beşiktaş" basketbol komandasının azarkeşlərinin "Fənərbğça" ilə görüşdə etdikləri hərəkət komanda cəzalandırılmasına səbəb olub.

Sportline.az Sporx.com.tr-yə xəbər verir ki, Türkiyə Basketbol Federeasiyası (TFB) "Beşiktaş" klubuna 325 min lirə pul və 1 oyun azarkşesiz oynama cəzası verib. 

Buna səbəb olaraq isə azarkeşlərin "Fənərbağça" ilə görüşün 2-ci periodunda meydana kənar əşyaları atmaqları olub. 

Qeyd edək ki, "Fənərbağça" klubundan verilən məlumata görə isə kənardan atılan əşyalar, basketbolçu Yam Madarın zədələnməsinə səbəb olub.