"Beşiktaş" "Barselona"nın futbolçusunu hədəfləyib

"Barselona"nın hücumçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Qvineya Bisaulu futbolçu "Beşiktaş"ın hədəfindədir.

Cari mövsümü boşa verən "qara qartallar" yeni sezonda çempionluq uğrunda mübarizə apara biləcək heyət formalaşdırmağı planlaşdırır.

İstanbulluların transfer siyahısında yer alanlardan biri də Fatidir.

Baş məşqçi Hans Flikin güvənmədiyi futbolçunun mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilir.

İspaniya mətbuatı onun karyerasını davam etdirə biləcəyi klublardan biri kimi "Beşiktaş"ın adını da hallandırmaqdadır. 

Qeyd edək ki, bu mövsüm cəmi 9 oyunda heyətdə yer alan Fati məhsuldarlığı ilə yadda qalmayıb.