"Beşiktaş" "Barselona"nın gənc ulduzunu hədəfləyib

Uğursuz mövsüm keçirən "Beşiktaş" heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, yeni baş məşqçi Sulşerin transfer siyahısında yer alan futbolçulardan biri də Ansu Fatidir.

"Qara qartallar" "Barselona"nın 22 yaşlı hücumçusunun ovuna çıxıblar.

Kataloniya təmsilçisindən ayrılması gündəmdə olan futbolçunun yaxın günlərdə İstanbul nəhəngi ilə danışıqlara başlayacağı bildirilir.

Bu haqda Fanatik qəzeti məlumat yayıb. 

Qeyd edək ki, baş məşqçi Hans Flikin tam güvənmədiyi Fati cari mövsümdə meydana çıxdığı 8 oyunda heç bir məhsuldar göstərici ilə yadda qalmayıb.