"Beşiktaş" daha 5 futbolçunu yola salır

Bu mövsüm çempionluğu hədəfləyən "Beşiktaş" heyətə əl gəzdirməkdədir.

Sportline.az xəbər verir ki, bəzi futbolçularla yolları ayıran İstanbul nəhəngi daha 5 oyunçu ilə vidalaşmaq niyyətindədir.

Bu haqda ntvspor.net saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, baş məşqçi Covanni Van Bronhorst rəhbərliyə təqdim etdiyi siyahıda Vinsent Abubakar, Tayyib Talha Sanuç, Demir Ege Tıknaz, Bahtiyor Zaynutdinov və Cekson Muleka yer alır.

Qeyd edək ki, mövsümə uğurlu start verən "Beşiktaş" iki oyunda maksimum xal toplayıb.