"Beşiktaş" fanatları Ağdamda xeyriyyə aksiyası keçirdilər

"Beşiktaş"ın Azərbaycanda fəaliyyət göstərən fan klubu xeyriyyə aksiyası keçirib.

Sportline.az xəbər verir ki, klubun üzvləri Ağdam rayonunun cəbhəyanı kəndlərinə səfər edərək oradakı məktəblilərə həddiyələr aparıblar.

Kənd məktəblərinə yardım devizi altında keçirilən səfər zamanı uşaqlara müxtəlif məktəb ləvazimatları və kitablardan əlavə, eyni zamanda klubun simvolları həkk olunmuş formalar, şərflər və papaqlar həddiyə olunub. Gələcəkdə belə xeyriyyə aksiyalarının Azərbaycanın digər bölgələrində keçirilməsi nəzərdə tutulub.