"Beşiktaş" gənc futbolçunu heyətinə qatır
"Beşiktaş" "Kasımpaşa"nın 18 yaşlı futbolçusu Yasin Özcanın transferi üçün İstanbul klubu ilə danışıqlara başlayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Beşiktaş" bu transfer üçün qarşı tərəfə oyunçu və pul təklif edəcək.
Xəbərdə müdafiəçi mövqeyində çıxış edən futbolçunu Van Bronkhorstun istədiyi bildirilib
Qeyd edək ki, Yasin ötən mövsüm "Kasımpaşa" forması ilə çıxdığı 40 oyunda 3 qol vurub, 1 asist edib.