"Beşiktaş" gənc futbolçusu ilə müqaviləni uzadıb

"Beşiktaş" türkiyəli futbolçu Fahri Kerem Ay ilə müqaviləni 2027-2028 mövsümünün sonuna qədər uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" klubunun yetirməsi olan Fahir Ay "ağ-qaralar"la bu günə qədər 2 oyuna çıxıb.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi 15 dəfə Türkiyə millisinin aşağı yaş qruplarında çıxış edib.