''Beşiktaş'' hücumçusu ilə yollarını ayırdı
''Beşiktaş'' konqolu hücumçu Cekson Muleka ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, futbolçu karyerasını icarə əsasında Səudiyyə Ərəbistanın "Əl-Xulud" klubunda davam etdirəcək
Ərəblər Türkiyə klubuna 1 milyon avro icarə haqqı ödəyəcəklər.
Qeyd edək ki, "Beşiktaş" Cekson Mulekanı 2022-ci ilin yayında Belçikanın "Standard" klubundan transfer edib.
Konqo millisinin üzvü "Qara qartallar"ın heyətində meydana çıxdığı 80 rəsmi matçda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.