"Beşiktaş" isveçrəli oyunçu ilə maraqlanır
"Beşiktaş" heyətini sağ cinah müdafiəçisi ilə gücləndirmək istəyir.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Türkiyə klubu "Nitsa"da forma geyinən Jordan Lotombanın transferində maraqlıdır.
Mənbənin sözlərinə görə, klub rəsmiləri yaxın günlərdə Fransaya gedərək 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar aparacaqlar.
Ötən mövsüm Liqa 1-də 28 oyuna çıxan Lotomba aktivinə 1 qol yazdırıb.
Qeyd edək ki, 2020-ci ildən İsveçrə millisinə dəvət alan futbolçunun transfer dəyəri 8 milyona avrodur.