"Beşiktaş" Jedson Fernandesi yola gətirib

"Beşiktaş" klubu daha bir yeni müqaviləyə imza atıb. 

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi Mert Günok və Necip Uysalın ardınca Jedson Fernandeslə də anlaşıb.

Portuqaliyalı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilədək uzadılıb.

Türkiyə mətbuatında yayılan xəbərlərdə anlaşma ilə bağlı yaxın günlərdə rəsmi açılama veriləcəyi bildirilir. 

Qeyd edək ki, Jedson Fernandeslə İtaliyanın "Milan" klubu ciddi maraqlanırdı.