"Beşiktaş" PSJ-nin oyunçusunu transfer etməyə yaxındır
"Beşiktaş" PSJ-nin Portuqaliya əsilli italiyalı futbolçusu Şer Enduru icarə əsasında heyətinə qatacaq.
Sportline.az xəbər verir ki, klublar 20 yaşlı futbolçunun transferi barədə razılığa gəliblər.
Müqavilənin 1 illik imzalanacağı nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsümü "Braqa"da keçirən Endur komandası ilə Portuqaliya Liqasında çıxdığı 9 oyunda 1 qola imza atıb.