"Beşiktaş" PSJ-yə elçi düşüb
“Beşiktaş” PSJ-nin müdafiəçisi Lukas Beraldonu heyətinə qatmaq üçün bütün imkanlarını səfərbər edib.
Sportline.az xəbər verir ki, bu haqda "Sözcü" qəzeti məlumat yayıb.
“Qara qartallar”ın baş məşqçisi Sergen Yalçın artıq bu keçidə razılıq verib və hazırda klublar arasında danışıqlar davam edir.
Beraldо ötən yay “San-Paulu”dan PSJ-yə 20 milyon avro qarşılığında keçib. Paris klubu futbolçunu satmaq üçün bu məbləğin azı 75 faizi həcmində təzminat tələb etməyi planlaşdırır.