"Beşiktaş" - "Qalatasaray": Düşərgələrdəki son durum
Türkiyə Süperliqasında 29-cu tur İstanbul derbisi ilə əlamətdar olacaq.
Sportline.az xəbər verir ki, "Beşiktaş" "Tüpraş" stadionunda "Qalatasaray"la münasibətlərini aydınlaşdıracaq.
Heyətlərə nəzər saldıqda "Beşiktaş"da əsas itki Rafa Silvanın adı ilə bağlıdır. Oyunçunun meydana çıxması sual altındadır.
"Qalatasaray"da isə Mauro İkardi, Davinson Sançes və İsmail Yakops zədə səbəbindən matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu bu gün saat 21:30-da başlanacaq. Görüşün ədalət təmsilçisi Yasin Kol olacaq.