"Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
Türkiyə Süperliqasında 29-cu tur İstanbul derbisi ilə əlamətdar olub.
Sportline.az xəbər verir ki, "Beşiktaş" öz meydanında "Qalatasaray"la münasibətlərini aydınlaşdırıb. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib.
"Beşiktaş" 2:1 "Qalatasaray"
Qollar: Rafa Silva, 23, Lukas Toreyra, 45, Gedson Fernandes, 66
Qeyd edək ki, "Qalatasaray"ın heyətində Frankovski, "Beşiktaş"dan isə Semih Kılıçsoy qırnızı vərəqə ilə cəzalanıb.
"Beşiktaş" bu qələbə sayəsində 47 xalla 4-cü pilləyə yüksəlib. "Qalatasaray" 71 xalla çempionata başçılıq edir.