"Beşiktaş" "Real"dan futbolçu transferinə hazırlaşır
"Real"ın futbolçusu David Alaba karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Beşiktaş" klubu onun xidmətində maraqlıdır.
Bu haqda "A Spor"da məlumat yayılıb. Mənbənin bildirdiyinə görə, Alabanın adı baş məşqçi Sulşerin siyahısında ilk sıralardadır.
Madridlilərin də yüksək ödənişli futbolçulardan olan Alabanın keçidinə narazı olmadıqları bildirilir.
Qeyd edək ki, avstriyalı müdafiəçinin "Real"la 2026-cı ilədək müqaviləsi var.