"Beşiktaş" "Şaxtyor"a uduzdu

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə start verilib və bütün ilk oyunlar eyni gündə keçirilib.

Sportline.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu evdə Ukraynanın Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor” komandasını qəbul edib. Qonaqlar İstanbul səfərindən 4:2 hesablı qələbə ilə ayrılıblar.

“Beşiktaş” avrokuboklar tarixində ilk dəfə təsnifat mərhələsində ev oyununda uduzdu. 

“Qara qartallar” bu mərhələdəki ilk ev məğlubiyyətini “Şaxtyor” qarşısında 2:4 hesabı ilə aldı.