"Beşiktaş" "Tottenhem"in futbolçusu ilə maraqlanır
"Beşiktaş" növbəti transferini reallaşdırmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, "Tottenhem"in futbolçusu Brayan Gil "Beşiktaş"ın transfer hədəfinə çevrilib.
İspaniyalı futbolçunun transfer qiyməti 15 milyon avrodur.
Qeyd edək ki, 24 yaşlı sol cinah vingerinin "Tottenhem"lə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.