"Beşiktaş" Trabzon səfərində 3 xal qazandı
Türkiyə "Super Liqa"sında 19-cu turdan təxirə salınan oyun keçirilib. SportLine.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Beşiktaş" "Trabzonspor"un qonağı olub. Qarşılaşma "Qara qartal"ın qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə "Beşiktaş" turnir cədvəlinin zirvəsinə yüksəlib.
15 mart 2016
"Super Liqa", 19-cu tur (Təxirə salınmış oyun)
"Trabzonspor" - "Beşiktaş" 0:2
Qollar: Mario Qomez, 75, Olcay Şahan 86