"Beşiktaş" türkiyəli futbolçunu icarəyə göndərib
"Beşiktaş" müdafiəçi Emirhan Uzunhanın "Antalyaspor"a transfer olunduğunu açıqlayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 23 yaşlı futbolçu 2024/2025 mövsümünü icarə əsasında Antalya klubunda keçirəcək.
Emirhan 2022-ci ildə "İstanbulspor"dan "Beşiktaş"a 2 milyon avro qarşılığında transfer olunub.O, "ağ-qaralar"ın heyətində ümumillikdə 7 oyuna çıxıb.
Qeyd edək ki, Emirhanın "Beşiktaş"la 2027-ci ilə qədər müqaviləsi var.