"Beşiktaş" ulduz futbolçu ilə yolları ayırır
Bu mövsüm çempionluğu hədəfləyən "Beşiktaş" bəzi futbolçularla yolları ayırmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, bu siyahıda Oksleyd Çemberlenin də adı var.
"Qara qartallar" yüksək ödənişli legionerlə vidalaşmaq qərarına gəliblər.
Onun mövsüm ərzində te-tez zədələnməsi və potensialını tam ortaya qoya bilməməsi klub rəhbərliyini bu addımı atmağa vadar edir.
Amma, bu heç də ucuz başa gəlməyəcək.
Belə ki, 30 yaşlı yarımmüdafiəçi isə yalnız iki illik məvacibi olan 6 milyon avro təzminat qarşılığında müqaviləni pozacağını bildirib.