“Beşiktaş”a şad xəbər
“Beşiktaş”ın zədəli futbolçularının yaşıl meydanlara qayıtma vaxtı bəlli olub.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, Qabriyel Paulista, Milot Raşhitsa və qapıçı Mert Günok “Kasımpaşa” ilə matçda iştirak edə biləcəklər.
Hər 3 futbolçu zədəsini tam sağaldıb.
Qeyd edək ki, “Beşiktaş” – “Kasımpaşa” matçı noyabr ayının 2-si saat 20:00-da başlayacaq.