“Beşiktaş”da ayrılıq yaşanıb
“Beşiktaş” yarımmüdafiəçisi Amir Hadziahmetoviç ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bosniyalı futbolçu İngiltərənin "Hal Siti" klubuna transfer olunub.
2022-2023 mövsümünün ikinci yarısında “Konyaspor”dan 3 milyon 200 min avro qarşılığında “Beşiktaş”a gələn Hadziahmetoviç klub forması ilə indiyədək 57 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.
Ötən mövsümün ilk yarısında isə icarə əsasında “Rizespor”da çıxış edib.