"Beşiktaş"da müdafiəyə daha bir namizəd

Yeni mövsümə "Qalatasaray" üzərində Super Kubok oyununda 5-0 hesablı qələbə ilə başlayan "Beşiktaş"da transfer çalışmaları davam edir.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "ağ-qaralar" Ciovanni van Bronkhorstun istəyi ilə "Ayaks"ın sol cinah müdafiəçisi Borna Sosanı gündəminə alıb.

Ötən mövsüm "Ştutqart"dan "Ayaks"a 8 milyon avro qarşılığında keçən Sosa Niderland klubunun heyətində 25 oyunda 5 asist edib.

Sol cihan müdafiə mövqeyi ilə yanaşı yarımmüdafiədə də çıxış edə bilən Sosanın transfer dəyəri 7.5 milyon avrodur.

Qeyd edək ki, Xorvatiya milli komandasının formasını 21 dəfə geyinən 26 yaşlı oyunçu Avro 2024-də də heyətdə yer alırdı.