"Beşiktaş"da növbəti ayrlıq

"Beşiktaş" ispaniyalı müdafiəçi Fransisko Montero ilə yollarını ayırıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 25 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2020-ci ildə "Atletiko"dan transfer edilən Montero "ağ-qaralar"la ümumillikdə çıxdığı 46 oyunda 2 qol vurub, 2 asist edib.

Qeyd edək ki, müdafiəçi 2022-2023 mövsümünün ikinci yarısında "Hamburq"a, 2023-2024 mövsümündə isə "Aruka"ya icarəyə göndərilib.