"Beşiktaş"dan "Kayserispor"a
"Beşiktaş"ın türkiyəli oyunçusu Kartal Kayra Yılmaz karyerasını icarə əsasında "Kayserispor"da davam etdirəcək.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Kartal Yılmaz ötən mövsümü də "Kayserispor"da keçirmişdi.O, Super Liqada komandası ilə çıxdığı 29 oyunda 2 qola imza atmışdı.
Qeyd edək ki, Kartal Yılmazın "Beşiktaş"la müqaviləsi 2026-cı ilə qədərdir.