"Beşiktaş"dan yeni həmlə

"Beşiktaş" "İpsviç"in ingiltərəli futbolçusu Ceyden Filocu transfer etmək istəyir.

Sportline.az "Fotomaç"a istinadən xəbər verir ki, "Beşiktaş"ın baş məşqçisi Sulşer 23 yaşlı futbolçunu komandasında görmək istəyir.

Ceydenin transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, İstanbul nəhəngi mövsümün sonunda Ceyden üçün "İpsviç"ə rəsmi təklif göndərəcək.