"Beşiktaş"dan yeni transfer

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, "qara qartal" "Auqsburq"dan Feliks Uduokhai ilə razılaşıb.

Ağ-qaralar almaniyalı mərkəz müdafiəçisi  üçün Bundesliqa təmsilçisinə 5.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Feliks karyerası ərzində 251 oyun keçirib, 12 qol 1 məhsuldar ötürmə ilə yadda qalıb.