"Beşiktaş"ın forvardı məşuqəsi ilə yaxalandı
"Beşiktaş"ın forvardı Rayan Babel paparatsilərin obyektivinə tuş gəlib. Sportline.az Türkiyənin nüfuzlu Hürriyət qəzetinə istinadən xəbər verir ki, futbolçu, məşuqəsi ilə İstanbul restoranlarından birindən çıxarkən yaxalanıb. Fotoqraflarla mübahisənin mənasız olduğunu görən cütlük avtomobilə oturaraq ərazini tərk edib. Qeyd edək ki, hollandiyalı ulduz ailəlidir və 3 övladı var.
