"Beşiktaş"ın futbolçuları mətbuat konfransı zalına hücum etdi

Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi Sergen Yalçın mətbuat konfransında sürprizlə qarşılaşıb.

Sportline.az xəbər verir ki, bu, səfərdə "Göztəpə"ni 2:1 hesabı ilə yenərək, komandasına çempionluq qazandıran 49 yaşlı mütəxəssis danışmağa başladığı vaxt baş verib.

Konfrans zalına şüarlar səsləndirərək girən futbolçular çempionluq coşqusunu baş məşqçi ilə birgə doyunca yaşayıblar.