"Beşiktaş"ın futbolçusuna Fransadan təklif
"Beşiktaş"ın qapıçısı Ersin Dastanoğlu karyerasını Fransada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Nant" klubu onun xidmətində maraqlıdır.
Bu haqda "Foot Mercato" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, fransalılar 23 yaşlı qolkiperi icarə əsasında heyətə qatmaq niyyətindədirlər.
Qeyd edək ki, 2 milyon avro transfer dəyəri olan futbolçunun "Beşiktaş"la 2026-cı ilədək müqaviləsi var.