"Beşiktaş"ın oyunçusu "Rizespor"a keçib
"Beşiktaş"ın bosniyalı futbolçusu Amir Hadziahmetoviç icarə əsasında "Rizespor"a transfer olunub.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu ilə Qara dəniz klubu arasında 1 illik müqavilə imzalanıb.
Amir 2023-cü ildə "Konyaspor"dan "Beşiktaş"a 6 milyon avro qarşılığında transfer olunub.Oyunçunun "ağ-qaralar"la müqaviləsi 2027-ci ilə qədərdir.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm Super Liqada 18 oyuna çıxıb və 4 asist edib.