"Beşiktaş"ın transfer planı
Mövsümü çempion kimi başa vurmağı hədəfləyən "Beşiktaş" daha bir futbolçu ilə güclənməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, istanbullular bu məqsədlə İngiltərə bazarına üz tutublar.
Ntvsport.net-in yaydığı məlumata görə, "Qara qartal" "Çelsi"nin vingeri Anjelo Qabrieli transfer etməyə hazırlaşır.
İstanbul təmsilçisi bununla Cekson Mulekanın gedişindən sonra yaranacaq boşluğu doldurmaq niyyətindədir.
Qeyd edək ki, Muleka mövsümü icarə əsasında Səudiyyə Ərəbistanının "Əl-Xolud" klubunda keçirəcək.