"Beşiktaş"ın uğuru Bakıda belə qeyd olundu
Ötən gecə "Portu" ilə heç-heçə sayəsində Çempionlar Liqasının 1/8 finalına yüksələn "Beşiktaş"ın uğuru Bakıda da qeyd olunub.
Sportline.az xəbər verir ki, 69 min 870 nəfər azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunun divarlarında dünən saat 19:00-dan 00:00-a qədər İstanbul klubununun ağ-qara rəngləri işıqlandırılıb və "Come to Beşiktaş" yazılıb.
Qed edək ki, "Beşiktaş" tarixində ilk dəfə ÇL-in 1/8 finalına vəsiqə qazanıb.