"Beşiktaş"ın ulduzu Səudiyyə Ərəbistanında

"Beşiktaş"ın forvardı Muleka karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, "Əl-Holud" komandasının formasını geyinəcək.

Bu haqda "Hürriyet" qəzeti məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ərəblər bu keçidə görə İstanbul klubuna 750 min avro ödəyiblər.

Qeyd edək ki, Muleka bu mövsüm "Əl-Holud"un şərəfini icarə əsasında qoruyacaq.