"Beşiktaş"ın yeni transferi bu gün İstanbula gələcək
"Beşiktaş" PSJ ilə Portuqaliya əsilli italiyalı futbolçusu Şer Endurun transferi barəsində razılığa gəlib.
Sportline.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu gün yeni klubu ilə rəsmi müqavilə imzalamaq üçün İstanbula gələcək.
Ötən mövsümü icarə əsasında "Braqa"da keçirən Endur meydana çıxdığı 11 oyunda 1 qol vurub.
Qeyd edək ki, gənc futbolçu 42 dəfə İtaliya millisinin aşağı yaş qruplarında çıxış edib.