Beyl üçün 200 milyon avro
Madrid "Real"ının futbolçusu Qaret Beyl İngiltərə klublarının maraq dairəsindədir. SportLine.az xəbər verir ki, xüsusilə, "Çelsi" və "Mançester Yunayted" uelsli forvardı heyətinə qatmaqda israrlıdır. Hər iki klubun transferin həyata keçməsi üçün 200 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Beyl “Dumanlı Albion”a qayıtmaqla İngiltərədə rekord məvacib – həftədə 400 min avro ala bilər.
Qeyd edək ki, karyerası ərzində “Sauthempton” və “Tottenhem” klublarının da formasını geyinmiş Qaret Beyl 2013-cü ildən “Real”ın uğurları üçün çalışır.