Beyldən iddialı açıqlamalar

“Real Madrid”in sabiq futbolçusu Qaret Beyl jurnalistlərə müsahibəsində iddialı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, uesli sabiq futbolçu “TNT Sports” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;

“Əgər zədələr olmasaydı, adım Kriştiano Ronaldo və ya Lionel Messi kimi çox hallandırılardı. “Real Madrid”də oynayarkən ən yaxşı cərimə zərbəsi və ən yaxşı ötürmə edən futbolçu idim, lakin matçlarda yenə də Ronaldoya üstünlük verilirdi. Çempionlar Liqasının finallarında əla çıxış etdim, xüsusəndə “Atletiko Madrid”ə qarşı qarşı məğlubiyyətə iki dəqiqə qalmışdıq onları xilas etdim, 4:1 qalib gəldik, amma adım unutuldu. Finalda “Liverpul”a qarşı sensasiyalı qol vurdum, ancaq adım Qaret Beyl olduğu üçün heç kim bunun Çempionlar Liqasında ən yaxşı qol olduğunu etiraf etmək istəmir”, - deyə Beyl bildirib.